• Bakı 10° C

    16.22 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Tailand vizasız qalma müddətini yarıya endirəcək

DÜNYA

27 Aprel 2025 | 15:16

Tailand vizasız qalma müddətini yarıya endirəcək

Tailandın Baş naziri Pxetqonqtan Çiknavat əcnəbilər üçün vizasız rejimə yenidən baxılması və 60 gündən 30 günə endirilməsi barədə göstəriş verib.

Bakıvaxtı.az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın ictimaiyyətlə əlaqələr üzrə dövlət departamenti məlumat yayıb.

"Baş nazir bu yaxınlarda bəzi ziyarətçilərin icazə veriləndən daha uzun müddət qalmaq və qanunsuz işləmək kimi qanunu pozması aşkar edildikdən sonra vizadan azad etmə sisteminə yenidən baxılmasını əmr etdi. Xarici İşlər Nazirliyi, Daxili İşlər Nazirliyi və Turizm və İdman Nazirliyi də daxil olmaqla, müvafiq departamentlərə sistemin effektivliyini, xüsusən də qalma müddətinin məqsədəuyğunluğunu yoxlamağa çağırılıb. Hazırda vizanın ləğvi sistemi Tailanda turizm və ya müvəqqəti iş məqsədilə səfər edən 93 ölkə və ərazinin vətəndaşları üçün 60 günə qədər istifadə edilə bilər, 30 günə qədər uzadıla bilər”, - məlumatda bildirilib.

Qeyd edək ki, 2024-cü il iyulun 15-də Tailandın Baş naziri Settxa Txavisin krallığa turizm məqsədilə 93 ölkə və ərazidən gələn qonaqlar üçün 60 günə qədər vizasız rejim tətbiq edən qətnaməni təsdiqləyib.


SON XƏBƏRLƏR

27 Aprel 2025
26 Aprel 2025