• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Məşhur yazıçı vəfat etdi

DÜNYA

27 May 2025 | 12:52

Məşhur yazıçı vəfat etdi

Məşhur amerikalı yazıçı, ssenarist və aktyor, PAD baş hərfləri ilə də tanınan Peter Devid 68 yaşında vəfat edib. 

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "ScreenRant" nəşri məlumat yayıb.

Məlumata görə, o, uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Qeyd edək ki, Peter David komiks və elmi fantastika dünyasının inkişafına böyük töhfə verib. Onun əsəri ilk dəfə "Asimov's Science Fiction" jurnalının 1980-ci il sayında dərc olunub.

Daha sonra Marvel Comics ilə əməkdaşlığa başlayan yazıçı, Hulk, Captain Marvel, Spider-Man və Aquaman kimi simvolların üzərində çalışıb.

Mina Mikayılova


SON XƏBƏRLƏR

27 May 2025