• Bakı 21° C

    10.72 m/s

  • USD - 1.7

    EUR - 1.9573

    RUB - 2.1384

Ukrayna XİN: Azərbaycanın təcrübəsi bizə lazımdır

SİYASƏT, DÜNYA

27 May 2025 | 14:53

Ukrayna XİN: Azərbaycanın təcrübəsi bizə lazımdır

Ukrayna və Azərbaycan arasında son dərəcə fəal siyasi dialoq var, bunu iki gün əvvəl Ukraynanın xarici işlər naziri Andrey Sibiqanın ölkənizə rəsmi səfəri də sübut edir. Bu səfər Ukrayna ilə Azərbaycan arasında ikitərəfli münasibətlərdə yeni mərhələnin başlanğıcıdır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Azərtac-a açıqlamasında Ukraynanın xarici işlər nazirinin müavini Oleksandr Mişenko bildirib.

Oleksandr Mişenko vurğulayıb ki, Ukraynanın yenidən qurulmasında Azərbaycanla əməkdaşlıq önəmlidir.

“Azərbaycanın belə təcrübəsi var. Otuz illik işğaldan sonra azad olunan Azərbaycan ərazilərinin necə dəyişdiyini görürük - yeni beynəlxalq hava limanları, yaşayış massivləri, avtomobil və dəmir yolu magistralları. Bu işlərdə ərazilərin dinc yolla minalardan təmizlənməsi üzrə minlərlə mütəxəssisin, eləcə də müasir, yüksək keyfiyyətli binalar tikənlərin böyük əməyi var. Ona görə də bizə Azərbaycanın təcrübəsi lazım olacaq” - deyə Ukrayna xarici işlər nazirinin müavini əlavə edib.


SON XƏBƏRLƏR

12 Iyun 2025