Türkiyə Azərbaycanın bölgədəki normallaşma üçün atdığı fövqəladə addımları dəstəkləyir.
Bakıvaxtı.az apa-ya istinadən xəbər verir ki, bu barədə Türkiyə XİN rəhbəri Hakan Fidan Moskvada rusiyalı həmkarı Sergey Lavrovla mətbuat konfransında çıkışı zamanı bildirib.
O qeyd edib ki, həm Rusiya, həm də Türkiyə Cənubi Qafqazdaki sülh prosesinə dəstək verir.