• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Nuri Aslan barəsində tədqiqat başladılıb

DÜNYA

27 May 2025 | 14:21

Nuri Aslan barəsində tədqiqat başladılıb

İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri vəzifəsini müvəqqəti icra edən Nuri Aslan barəsində tədqiqat başladılıb.

Bakıvaxtı.az xəbər verir ki, istintaq N.Aslanın məhkəmə binasında mühafizəçiləri hədələməsi səbəbilə “Vəzifədən yayındırmaq məqsədilə müqavimət göstərmək” maddəsi üzrə başlanılıb.

Xatırladaq ki, Nuri Aslan bu il martın 26-da Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi olaraq “korrupsiya” ittihamı ilə həbs edilən Əkrəm İmamoğlunun yerinə İBB sədrinin vəkili (müvəqqəti icraçı) seçilib. Bununla bağlı seçki bələdiyyə məclisinin 314 üzvünün səsverməsi ilə keçirilib ki, onların arasında CHP-lilər çoxluq təşkil edib.


SON XƏBƏRLƏR

27 May 2025