ABŞ prezidenti Donald Tramp estoniyalı həmkarı Alar Karisi əmin edib ki, Vaşinqton Kiyev və Moskva arasında danışıqlar prosesindən geri çəkilməyəcək.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “RBC-Ukrayna” ERR-ə istinadən məlumat yayıb.
A.Karis bildirib ki, o, Trampdan sülh prosesinin necə getdiyini soruşub və ondan ABŞ-nin Ukrayna ilə Rusiya arasında danışıqlarda vasitəçi kimi qalması üçün əlindən gələni etməsini istəyib.
“Mən sülh prosesinin necə getdiyini soruşdum və ondan prosesin davam etməsi, ABŞ-nin (vasitəçi rolundan – red.) geri çəkilməməsi üçün hər şeyi etməsini xahiş etdim”, - Estoniya prezidenti bildirib.