• Bakı 26° C

    5.82 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Narinin qatillərinin şikayətləri RƏDD EDİLDİ

DÜNYA

27 May 2025 | 00:05

Narinin qatillərinin şikayətləri RƏDD EDİLDİ

Diyarbakır Ədalət Məhkəməsi Narin Güran işində müttəhimlər, ana Yüksel, böyük qardaş Enes, əmi Salim Güran və Nevzat Bahtiyar haqqında birinci instansiya məhkəməsi tərəfindən verilən həbs cəzalarını qüvvədə saxlayıb.

Bakıvaxtı.az xəbər verir ki, birinci instansiya məhkəməsi tərəfindən təqsirləndirilən şəxslərə verilən həbs cəzaları ilə bağlı apellyasiya şikayətləri təmin olunmayıb.

Belə ki, təqsirləndirilən şəxslərin vəkilləri Yüksel, Enes və Salim Güranın həbsinin onların xeyrinə ləğv edilməsini istəyiblər.

Bundan başqa, əmi Salim Güranın vəkili müttəhim Nevzat Bahtiyara “uşağı qəsdən öldürmə”, “uşağa qarşı cinsi istismar” maddələri ilə iddia qaldıraraq onun ayrıca cəzalandırılmasını tələb edib.

Məhkəmə tələbləri rədd edib. Və müttəhimlərin həbsinin davam etdirilməsi barədə qərar qəbul verib.

Qeyd edək ki, birinci instansiya məhkəməsi Narinin anası, qardaşı və əmisinə ömürlük, Nevzat Bahtiyara isə 4 il 6 ay müddətinə həbs qərarı çıxarmışdı./“Qafqazinfo”


SON XƏBƏRLƏR

28 May 2025