• Bakı 11° C

    14.39 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Rusiya İrana iki təyyarə göndərir

DÜNYA

27 Aprel 2025 | 15:31

Rusiya İrana iki təyyarə göndərir

Rusiya İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında baş vermiş partlayışla bağlı bu ölkəyə iki təyyarə göndərəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“Rusiya Prezidenti Vladimir Putinin tapşırığına əsasən, fövqəladə hallar naziri Aleksandr Kurenkov İranın Bəndər-Abbas şəhərinə iki təyyarənin - Be-200ÇS amfibiya təyyarəsinin və İl-76 təyyarəsinin göndərilməsi barədə göstəriş verib”, - məlumatda qeyd olunub.

Qeyd edək ki, İranın Bəndər-Abbas şəhərinin Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində 25 nəfər ölüb, 1139 nəfər isə yaralanıb.


SON XƏBƏRLƏR

27 Aprel 2025
26 Aprel 2025