• Bakı 26° C

    1.27 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

50 namizəd "Yüksəliş" müsabiqəsindən kənarlaşdırıldı

CƏMİYYƏT

27 Aprel 2025 | 16:37 | Müəllif: Subhan Mahmudov

50 namizəd "Yüksəliş" müsabiqəsindən kənarlaşdırıldı

"Yüksəliş" müsabiqəsinin qaydalarının 9.2.4. bəndini (İstənilən növ tapşırıqları keçməkdən imtina və ya həmin test zamanı köməkdən istifadə etmə və kömək etmək cəhdi) kobud şəkildə pozduğuna görə Ümumi biliklər üzrə əsas imtahandan 50 namizəd kənarlaşdırılıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə müsabiqənin Təşkilat Komitəsi məlumat yayıb.

Bildirilib ki, aprelin 27-də beşinci "Yüksəliş" müsabiqəsinin onlayn mərhələsi çərçivəsində Ümumi biliklər üzrə əsas imtahanı keçirilib. Ümumilikdə 10 729 iştirakçı imtahanda iştirak edib.

Qeyd edilib ki, ümumi biliklər üzrə əsas imtahanda iştirak etməyən namizədlər növbəti mərhələyə buraxılmırlar.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Sentyabr 2026