Sankt-Peterburqda Rusiya Liberal Demokrat Partiyasının qurucusu Vladimir Jirinovskinin xarici pasportu hərracda 1,1 milyon rubla satılıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Şimal Hərrac Evi” məlumat yayıb.
Məlumata görə, satışın başlanğıc qiyməti 100 min rubl olub. Siyasətçi sənəddən 1992-1997-ci illərdə istifadə edib. Pasportda sərhəd xidməti möhürləri, Jirinovskinin şəxsi vizaları və avtoqrafı var./axar.az