• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Aİ rəsmisi İlham Əliyevin Fransa vətəndaşını əfv etməsini ALQIŞLADI

DÜNYA

27 May 2025 | 18:55

Aİ rəsmisi İlham Əliyevin Fransa vətəndaşını əfv etməsini ALQIŞLADI

Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Azərbaycan Prezidentinin Fransa vətəndaşını əfv etməsini alqışlayıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə o, sosial media hesabındakı paylaşımında bildirib.

“Onun Azərbaycanda əfv olunması sakit diplomatiyanın və hörmətli münasibətin nəyə nail ola biləcəyini göstərir”, - Kallas qeyd edib.

Qeyd edək ki, Bakıda metro qatarlarının dayandığı depoya gizlincə daxil olub bir neçə vaqonu boyayaraq əmlaka qəsdən ziyan vuran Fransa vətəndaşı Klerk Teqo Hüqo ötən gün əfv edilib.


SON XƏBƏRLƏR