Bu gün Bakıda Böyük Şor bulvarında külək uşaqların olduğu hava doldurulmuş attraksionu aşıraraq yola atıb.
Bakıvaxtı.az xəbər verir ki, bununla bağlı APA məlumat yayıb.
Bildirilib ki, TƏBİB-dən sayta verilən məlumata görə, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə aprelin 27-si saat 15:07-də Böyük Şor bulvarı ərazisindən uşaqların yıxılaraq xəsarət alması səbəbilə çağırış daxil olub.
Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub və xəsarət alan şəxslər yerində tapılmayıb.