• Bakı 11° C

    5.7 m/s

  • USD - 1.7

    EUR - 1.8981

    RUB - 2.0422

İsrail Beyrutu bombaladı

DÜNYA

27 Aprel 2025 | 21:18 | Müəllif: Subhan Mahmudov

İsrail Beyrutu bombaladı

İsrail Müdafiə Qüvvələri (IDF) Beyrutda dəqiq raketlər saxlayan Livan Hizbullahının obyektinə zərbələr endirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrailin baş naziri Benyamin Netanyahu və müdafiə naziri İsrael Katzın birgə bəyanatında deyilir.

Sənəddə vurğulanır ki, bu raketlər İsrail üçün “əhəmiyyətli təhlükə” yaradır və Livanla razılaşmaların “kobud şəkildə pozulması”dır. Netanyahu və Katz qeyd edib ki, ölkə Hizbullaha “Livanda heç bir yerdə öz imkanlarını artırmağa” imkan verməyəcək.

Açıqlamaya görə, İsrail ordusu Beyrut bölgəsindəki mülki şəxslərə hücumdan əvvəl təhlükə barədə xəbərdarlıq edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

11 Noyabr 2026