• Bakı 24° C

    2.36 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Səfir: Diplomatların çıxarılması Moldovanın maraqlarına cavab vermir

DÜNYA, CƏMİYYƏT

27 May 2025 | 16:45

Səfir: Diplomatların çıxarılması Moldovanın maraqlarına cavab vermir

"Rusiyanın Moldovadakı diplomatik missiyasının işçilərinin sayı 5-6 dəfə ixtisar edilib".

Bakıvaxtı.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bunu Rusiyanın Kişinyovdakı səfiri Oleq Ozerov deyib.

Onun sözlərinə görə, ixtisarlar Rusiya vətəndaşlarına xidmətdə ciddi problemlər yaradır:

"Ay ərzində on minə qədər müraciət edilir, hər ay iki min pasport veririk. Bu, böyük işdir. Mənə elə gəlir ki, diplomatik missiyanın işçilərinin sayının azaldılması Rusiya kimi, Moldovanın özünün milli maraqlarına da heç bir şəkildə cavab vermir", - səfir bildirib.

Ozerov həmçinin ölkədən çıxarılmanı diplomatik missiyanın işini xeyli çətinləşdirən siyasi motivli addım adlandırıb.

Gülşən Şərif


SON XƏBƏRLƏR