• Bakı 20° C

    1.46 m/s

  • USD - 1.7

    EUR - 1.9528

    RUB - 2.0132

İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi

DÜNYA

27 Aprel 2025 | 19:48 | Müəllif: Subhan Mahmudov

İstanbul zəlzələsində mindən çox binaya zərər dəydi

Türkiyənin İstanbul şəhərində baş verən silsilə zəlzələlərdən sonra mindən çox bina zədələnib.

Bakıvaxtı.az xəbər verir ki, bunu Türkiyənin şəhərsalma və ətraf mühit naziri Murat Kurum X sosial şəbəkəsində bildirib.

“Zərərin qiymətləndirilməsinin nəticələrinə görə, İstanbulun 39 rayonunda 15 013 binaya baxış keçirilib, onlardan 1025-nə cüzi ziyan dəyib, 12300-dən çoxuna ziyan dəyməyib”, – Kurum qeyd edib.

Nazir vurğulayıb ki, dəymiş ziyanın hesablanması davam edir.

Qeyd edək ki, bundan öncə nazir zəlzələdə 437 binaya zərər dəydiyini açıqlamışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Sentyabr 2026