• Bakı 21° C

    1.73 m/s

  • USD - 1.7

    EUR - 1.9512

    RUB - 2.0323

Premyer Liqanı tərk edəcək sonuncu komanda oldu

İDMAN

27 Aprel 2025 | 17:21 | Müəllif: Subhan Mahmudov

Premyer Liqanı tərk edəcək sonuncu komanda oldu

İngiltərə Premyer Liqası (İPL) tarixində ilk dəfə olaraq aşağı liqaya düşəcək hər üç komanda finişə dörd tur qalmış müəyyənləşib.

Bakıvaxtı.az xəbər verir ki, 34-cü turda "Nyukasl"a məğlub olan "İpsviç" (0:3) İPL-də qalmaq şansını itirən üçüncü komanda olub.

İndiyə qədər turnir tarixində heç vaxt aşağı liqaya düşəcək hər üç komanda bu qədər erkən müəyyənləşməyib.

Xatırladaq ki, "Lester" aprelin 20-də 33-cü turun matçında "Liverpul"a uduzaraq (0:1) elit liqada qalmaq üçün riyazi şanslarını itirib. "Sauthempton" 31-ci turda "Tottenhem"ə uduzaraq (1:3) Premyer Liqa ilə vidalaşıb.

Qeyd edək ki, aşağı liqaya düşən hər üç komanda ötən mövsümün yekunlarına görə Çempionşipdən Premyer Liqaya yüksəlmişdi./oxu.az


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

23 Sentyabr 2026