• Bakı 23° C

    2.17 m/s

  • USD - 1.7

    EUR - 1.9729

    RUB - 2.0219

“Araz-Naxçıvan”ın hazırlıq planı dəqiqləşdi

İDMAN

27 May 2025 | 14:26 | Müəllif: Əli Hüseynov

“Araz-Naxçıvan”ın hazırlıq planı dəqiqləşdi

Misli Premyer Liqası təmsilçisi “Araz-Naxçıvan” klubunun 2025/2026 mövsümü ilə bağlı hazırlıq planı dəqiqləşib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Naxçıvan təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

“Qırmızı-ağlar” iyunun 14-dən iyulun 2-dək Bakıda məşq edəcək. Hazırlığın ikinci mərhələsi Türkiyənin Ərzurum şəhərində reallaşdırılacaq. Komanda iyulun 3-də qardaş ölkəyə yola düşəcək. Ayın 17-dək davam edəcək hazırlıq müddətində 4 yoxlama oyunu planlaşdırılıb.

Yoldaşlıq görüşü üçün rəqiblər və tarixlər hələ müəyyənləşməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Sentyabr 2026