"Liverpul"un və İngiltərə millisinin sabiq futbolçusu Adam Lallana karyerasını başa vurduğunu açıqlayıb.
Bakıvaxtı.az xəbər verir ki, yarımmüdafiəçi bu barədə sosial şəbəkə hesabı üzərindən məlumat yayıb.
Futbolçu pərəstişkarlarına müraciət edərək, onu futbol yolunda dəstəkləyən bütün insanlara təşəkkürünü bildirib.
Lallana həmçinin Premyer Liqanı qazandığı "Liverpul"un və İngiltərə milli komandasının karyerasındakı rolunu qeyd edib.
Yarımmüdafiəçi millidə 34 matça çıxaraq 3 qol vurub. O, "Liverpul"la Çempionlar Liqası, UEFA Superkuboku və klublararası dünya çempionatının qalibi olub.
Adam Lallana Lallana ümumilikdə karyerası ərzində 569 oyun keçirib, bu görüşlərdə 86 qol vurub və 73 məhsuldar ötürmə edib.