• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Millimizin üzvü: "Superfinalda da bombardir olmağa çalışacağam"

İDMAN

27 May 2025 | 14:17

Millimizin üzvü: Superfinalda da bombardir olmağa çalışacağam

Azərbaycanın çimərlik futbolu millisinin üzvü Ramil Əliyev İspaniyada keçirilən Avropa çempionatının I seçmə mərhələsinin bombardiri olması ilə bağlı təəssüratlarını bölüşüb.

Bakıvaxtı.az xəbər verir ki, o, Report-a açıqlamasında turnirdə keçirdiyi oyunları dəyərləndirib.

Vurduğu 5 qolla turnirin bombardiri olan futbolçu Litva ilə matçda hakimlərin komandanı bir qədər sıxışdırdığını vurğulayıb:

“Avropa çempionatının I seçmə mərhələsində əla oyun göstərdik və məşqdə çalışdıqlarımızın hamısını matçlarda tətbiq etdik. Superfinala vəsiqəni təmin etdiyimiz üçün Litva ilə sonuncu matça nisbətən rahat çıxmışdıq. Hakimlər bizi bir qədər sıxışdırdı. 3 dəfə lehimizə cərimə zərbələrini qeydə almadılar. Ümid edirəm ki, Superfinalda daha yaxşı olacaq. Oyunlar çox çətin keçəcək. Daha yaxşı hazırlaşacağıq. Bütün rəqibləri təhlil edib oyunlara çıxacağıq və xalqımızı sevindirəcəyik. Vurduğum qollara gəlincə, öz üzərimdə çalışıram. Qollarımın sayını artırıb Avropa Superfinalının da bombardiri olmağa çalışacağam”.

Qeyd edək ki, Azərbaycan yığması Avropa çempionatının I seçmə mərhələsində keçirdiyi görüşlərdə İngiltərəni 5:4, Belçikanı isə 11:2 hesabı ilə məğlub edib. Komanda mərhələnin sonuncu görüşündə Litvaya 3:4 hesabı ilə uduzub.

Sahib Məmmədovun baş məşqçisi olduğu komanda sentyabrın 7-14-ü aralığında İtaliyada keçiriləcək Superfinalda mübarizə aparacaq. 8 komandanın iştirakı ilə baş tutacaq yarışda ilk iki yeri tutacaq kollektivlər A Liqasına yüksələcəklər.


SON XƏBƏRLƏR

27 May 2025