İtaliyanın "Napoli" klubunun baş məşqçisi Antonio Konte "Yuventus"a qayıda bilər.
Bakıvaxtı.az DAZN-a istinadən xəbər verir ki, Turin təmsilçisi 55 yaşlı mütəxəssislə danışıqlara başlamağa hazırlaşır.
Klub mütəxəssisə hər mövsüm üçün 8 milyon avro maaş və bonuslar da daxil olmaqla 3 illik müqavilə təklif edəcək.
Konte “Yuventus”u 2011-2014-cü illərdə də çalışdırıb. O, komandanın "sükanı arxasında" ardıcıl üç dəfə A Seriyasını, iki dəfə isə İtaliya Superkubokunu qazanıb.
Qeyd edək ki, A.Kontenin rəhbərlik etdiyi "Napoli" A Seriyasının 2024/2025 mövsümünün qalibi olub.