• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Bu sürücülər saatda 70-km sürəti aşmamalıdırlar - VİDEO

CƏMİYYƏT

28 Aprel 2025 | 00:43

Bu sürücülər saatda 70-km sürəti aşmamalıdırlar - VİDEO

Havaların isindiyi və dərs ilinin sonuna az qaldığı bir vaxtda məktəblilərin rayonlara səfərləri də artacaq.

Xüsusən də 11-ci sinifi bitirən məzunların müəllimləri ilə birlikdə gəzməli-görməli yerlərə qrup halında avtobuslarla getməsi hallarına tez-tez rast gəlinəcəyi gözlənilir. Bu da şagirdlərin təhlükəsiz səfərləri məsələsini aktuallaşdırır. Bəs sürücülər nələrə diqqət etməlidirlər ki, yollarda qəza riski yaranmasın?

Bakıvaxtı.az Xəzər TV-yə istinadən bildirir ki, yol hərəkəti qaydaları üzrə ekspert Ərşad Hüseynov deyir ki, xoşagəlməz halların qarşısın almaq üçün sürücülər qoyulan tələblərə əməl etməlidirlər. Ekspertin sözlərinə görə, məktəbliləri daşıyan sürücülər yolda icazə verilən həddən asılı olmayaraq, saatda 70-km sürəti aşmamalıdırlar.

Ekspertin fikrincə, səfər təşkil edilərkən təcrübəli bələdçi də olmalıdır ki, avtobusda uşaqları idarə edə bilsin.

Bu arada, Baş Dövlət Yol Polisi İdarəsi də tur təşkil edənlərə və sürücülərə müraciət edib. Bildirilib ki, səfərə çıxmazdan əvvəl avtobusun texniki sazlığına da diqqət yetirilməlidir.

Qeyd edək ki, qanunvericiliyə görə, əgər bir məktəbin bütün kollektivi belə səfərləri 2-3-4 avtobusla edirsə, təhlükəsizliyi təmin etmək üçün yol polisi həmin nəqliyyat karvanını müşayiət etməlidir.

Daha ətraflı videomaterialı təqdim edirik:


SON XƏBƏRLƏR

27 Aprel 2025