• Bakı 24° C

    2.35 m/s

  • USD - 1.7

    EUR - 1.9343

    RUB - 2.1262

Liseylərə qəbul qaydalarının dəyişməsi ilə bağlı AÇIQLAMA

CƏMİYYƏT

27 May 2025 | 19:03

Liseylərə qəbul qaydalarının dəyişməsi ilə bağlı AÇIQLAMA

"Yeni yanaşma lisey və gimnaziyalara qəbul prosesinin VI sinifdə təhsil alan (yəni növbəti il VII sinfə keçəcək) şagirdlərlə məhdudlaşdırılmasını nəzərdə tutur. Bu yanaşma lisey və gimnaziyalara şagirdlərin qəbulunun daha dolğun akademik və psixoloji hazırlıq səviyyəsində həyata keçirilməsi məqsədinə xidmət edir".

Bu barədə Bakıvaxtı.az-ın sorğusuna cavab olaraq Təhsil İnstitutundan bildirilib. 

"Beynəlxalq təcrübələr də göstərir ki, təmayül əsaslı seçimlər çox erkən yaşlarda deyil, müəyyən baza biliklər formalaşdıqdan sonra aparıldıqda daha ədalətli və səmərəli nəticələr verir.

Nəzərdə tutulduğu kimi, lisey və gimnaziyaların VII siniflərinə qəbul elan olunduğu qaydada keçiriləcək. Liseylərə olan marağı və vətəndaş müraciətlərini nəzərə alaraq, digər yaş qrupları üzrə qəbul prosedurlarına dair ətraflı məlumat yaxın günlərdə ictimaiyyətlə paylaşılacaq", - deyə açıqlamada qeyd olunur. 


SON XƏBƏRLƏR

27 May 2025