• Bakı 19° C

    2.45 m/s

  • USD - 1.7

    EUR - 1.9241

    RUB - 2.1054

Limanda yanğın yenidən BAŞLADI

DÜNYA

27 Aprel 2025 | 16:15

Limanda yanğın yenidən BAŞLADI

İranın Bəndər Abbas şəhərində limanda baş verən yanğın yenidən alovlanıb.

Bakıvaxtı.az yerli mətbuata istinadən xəbər verir ki, bunu Hörmüzqan əyalətinin qubernatoru yanında fövqəladə halların idarə edilməsi şöbəsinin rəhbəri Mehrdad Həsən-zadə bildirib.

“Bəzi konteynerlərdə olan bitum və kimyəvi maddələr limanın şərq hissəsində ikinci yanğına səbəb olub”, - İran rəsmisi bildirib.

Qeyd edək ki, aprelin 27-də səhər saatlarında İran Daxili İşlər Nazirliyi yanğının artıq 80 faizinin söndürüldüyünü bildirib.

Onu da əlavə edək ki, hadisə nəticəsində ölənlərin sayı 28-ə çatıb.


SON XƏBƏRLƏR

08 May 2025