• Bakı 12° C

    16.16 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı oldu

CƏMİYYƏT

27 Aprel 2025 | 11:02

Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılışı oldu

Aprelin 26-da Özbəkistanın qədim Xivə şəhərində IV Beynəlxalq Baxşı Festivalının açılış mərasimi keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Özbəkistan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı, UNESCO və ICESCO-nun himayəsi ilə reallaşan musiqi bayramına dünyanın 40 ölkəsindən musiqiçilər, elm və mədəniyyət xadimləri, baxşı (aşıq) sənətinin tədqiqatçıları, xalq ədəbiyyatının biliciləri qatılıb.

Festivalın açılış mərasimində Özbəkistanın mədəniyyət naziri Ozodbek Nazarbekov, Azərbaycanın mədəniyyət naziri Adil Kərimli, TÜRKSOY-un baş katibi Sultan Raev, Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova, Beynəlxalq Türk Akademiyasının prezidenti Şahin Mustafayev, Türkdilli Dövlətlərin Parlament Assambleyasının baş katibi Mehmet Süreyya Er, Qırğızıstanın mədəniyyət, informasiya və gənclər siyasəti nazirinin müavini Gülbara Abdukalıkova və başqa şəxslər iştirak ediblər.

Əvvəlcə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin festival iştirakçılarına müraciəti oxunub.

Müraciətdə deyilir:

“Festivalımızın beynəlxalq nüfuzu durmadan artır. Budəfəki festivalın Şərqin mirvarisi olan Xarəzm vilayətində keçirilməsi ona xüsusi əhəmiyyət verir. Bu bölgənin musiqi məktəbi çox qədim və zəngin tarixə malikdir. Bu müqəddəs torpaqda Kurbonnazar Abdullayev, Qələndər baxşı – Ruzimboy Normatov, Abdulla Kurbonnazarov, Etmişboy Abdullayev və digər bu kimi parlaq səsə malik sənətkarlar yetişib”.

Sonra Özbəkistan incəsənət ustaları və Xarəzm vilayəti artistlərinin ifasında bir-birindən gözəl musiqi nömrələri ifa edilib.

Qeyd edək ki, festival çərçivəsində aprelin 26-da II Türk Dünyası Mədəniyyət Forumu da keçirilib.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli forumda çıxış edib. 

Aprelin 28-də IV Beynəlxalq Baxşı Festivalının bağlanışı olacaq, qaliblər mükafatlandırılacaq.


SON XƏBƏRLƏR

26 Aprel 2025