• Bakı 26° C

    7.15 m/s

  • USD - 1.7

    EUR - 1.9286

    RUB - 2.2033

Bir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olunub

CƏMİYYƏT

27 May 2025 | 10:23

Bir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olunub

Bir sıra ictimai iaşə və istirahət məkanlarının sahiblərinə xəbərdarlıq olunub.

Bu barədə Bakıvaxtı.az-a Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) qərarı ilə bir sıra heyvan xəstəliklərindən, o cümlədən xırdabuynuzlu heyvanların taunu və yüksək patogen quş qripi xəstəliyindən azad ölkə kimi tanınıb. Əldə olunmuş nəticələr ölkənin biotəhlükəsizliyinin təmin olunması ilə yanaşı, həmçinin bu istiqamətdə ixrac potensialını daha da genişləndirir. Hazırda işğaldan azad olunmuş ərazilərdə və Naxçıvan Muxtar Respublikasında da heyvan xəstəliklərindən azad statusun alınması üçün zəruri tədbirlər görülməkdədir: "Təəssüflə qeyd edək ki, Azərbaycanın bir sıra regionlarında, xüsusilə magistral yolların kənarında yerləşən istirahət zonalarında, restoran və kafelərdə vəhşi heyvanların və çöl quşlarının müxtəlif məqsədlərlə heç bir norma və qaydalara uyğun olmayan şəraitdə saxlanıldığı müşahidə olunur.

Bütün bunlar ölkədə epizootoloji sabitliyin pozulmasına risk təşkil etməklə yanaşı, ÜHST tərəfindən təsdiq olunmuş xəstəliklərdən azad zona statusuna da təhlükə yaratmış olur. Ölkəmizdə biotəhlükəsizliyin qorunmasına təhlükə hesab ediləcək bu cür qanunsuz fəaliyyətlər ixrac potensialı geniş olan heyvan mənşəli qida məhsullarının ixracına da maneə yarada bilər.

Bildirilir ki, heyvanların ictimai iaşə obyektlərində, həmçinin müxtəlif istirahət məkanlarında bu şəkildə saxlanılması və nümayiş etdirilməsi qanunvericiliklə qəti qadağandır və bununla bağlı olaraq Agentlik tərəfindən müvafiq qurumlarla birgə zəruri tədbirlər görüləcəkdir".


SON XƏBƏRLƏR

31 May 2025