• Bakı 12° C

    14.84 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

ABŞ senatı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

DÜNYA

27 Aprel 2025 | 09:12

ABŞ senatı Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır

Amerikalı senatorlar Rusiyaya qarşı yeni sanksiyaları razılaşdırmağa hazırdırlar.

Bakıvaxtı.az xəbər verir ki, bunu respublikaçı senator Lindsi Qrem öz “X” hesabında deyib.

    O, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqi üçün ikipartiyalı qanun layihəsi təqdim etdiyini bildirib. Sənədin artıq 60-a yaxın həmmüəllifi var.

    Qrem qeyd edib ki, söhbət Rusiyadan neft, qaz, uran və ya digər məhsullar alan istənilən ölkəyə qarşı ikinci dərəcəli rüsumların tətbiqindən gedir.

    "Senat bu istiqamətdə hərəkət etməyə hazırdır və əgər Rusiya şərəfli, ədalətli və davamlı sülhü qəbul etməsə, bunu böyük səs çoxluğu ilə edəcək", - senator vurğulayıb.


    SON XƏBƏRLƏR

    26 Aprel 2025