• Bakı 24° C

    6.19 m/s

  • USD - 1.7

    EUR - 1.9834

    RUB - 2.0901

Əyləncə məkanına qumbaraatan hücumu: 7 yaralı

DÜNYA

27 May 2025 | 08:44

Əyləncə məkanına qumbaraatan hücumu: 7 yaralı

İstanbulda əyləncə məkanlarından birinə qumbaraatanla hücum edilib.

Bakıvaxtı.az yerli mətbuta istinadla xəbər verir ki, hadisə Kağıthane qəsəbəsində qeydə alınıb. Belə ki, gecə saatlarında naməlum şəxslər əyləncə məkanına hücum ediblər. Məlumata görə, 5 mərtəbəli binanın 2-ci mərtəbəsinə motosikletdə olan iki nəfər tərəfindən əl qumbarası atılıb.

Bombalı hücum nəticəsində 3-ü ağır olmaqla 7 nəfər yaralanıb. Yaralılar təcili yardımla ətraf xəstəxanalara çatdırılıb.

Əl bombası ilə hücumu həyata keçirən şübhəlilərin tutulması üçün əməliyyat başlayıb.

Murad Məmmədli


SON XƏBƏRLƏR

06 Sentyabr 2025