• Bakı 11° C

    14.39 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Uşaq İncəsənət Festivalı keçirildi - FOTOLAR

MƏDƏNİYYƏT

27 Aprel 2025 | 17:36

Uşaq İncəsənət Festivalı keçirildi - FOTOLAR

Uşaq İncəsənət Festivalı bu dəfə Mərkəzi Aran regionundan olan uşaq və gəncləri Mingəçevirdə bir araya gətirib.

Bakıvaxti.az-ın məlumatina görə, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə aprelin 27-də Mingəçevir şəhərində Uşaq İncəsənət Festivalının 1-ci seçim turunun başlanılması ilə bağlı tədbir keçirildi. İştirakçılara, həmçinin bölgədə yaşayan uşaq və gənclərə festival ruhunun ötürülməsi, mədəni bütünləşmənin təmin edilməsi məqsədilə həyata keçirilən tədbirdə bir-birindən maraqlı, rəngarəng və interaktiv proqramlar təşkil edilib.

Festival iştirakçıları ilk olaraq Mingəçevir Dövlət Dram Teatrında bir araya gələrək “Sehrli yaylıq” adlı teatr tamaşasına baxıblar.

Daha sonra iştirakçılar və qonaqlar mədəni proqramların hazırlandığı Kür çayının sahilinə üz tutublar.

Mədəni proqramların təşkil edildiyi “Sahil” parkında qonaqları 2023-cü ildə Ulu öndər Heydər Əliyevin 100 illik yubileyi münasibətilə keçirilən I  Uşaq İncəsənət Festivalının qalibləri qarşılayıb. Qonaqlar və şəhər sakinləri Kür çayının füsünkar mənzərəsində sənət nümunələrinin müxtəlif rənglərinin bir araya gəldiyi proqramlarla tanış olublar.

Sonda festival iştirakçıları tərəfindən Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102 illiyi ilə əlaqədar səmaya 102 ədəd şar buraxılıb.

Qeyd edək ki, Mərkəzi Aran Regional Mədəniyyət İdarəsinin əhatə etdiyi şəhər və rayonlarda 24 nominasiya üzrə 6-17 yaş arası 1600-ə yaxın iştirakçı qeydiyyatdan keçmişdir. Qeydiyyatdan keçən iştirakçılar 21 aprel 2025-ci il tarixindən etibarən start verilən 1-ci seçim mərhələsində öz bacarıqlarını nümayiş etdirirlər.

Uşaq İncəsənət Festivalı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.


SON XƏBƏRLƏR

27 Aprel 2025
26 Aprel 2025