• Bakı 14° C

    6.62 m/s

  • USD - 1.7

    EUR - 1.8832

    RUB - 2.0549

Azərbaycan XİN Cənubi Afrikanı təbrik edib

SİYASƏT

27 Aprel 2025 | 15:09 | Müəllif: Subhan Mahmudov

Azərbaycan XİN Cənubi Afrikanı təbrik edib

Azərbaycanın Xarici İşlər Nazirliyi Azadlıq Günü münasibətilə Cənubi Afrika Respublikasını (CAR) təbrik edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkə hesabında paylaşım edilib.

“Cənubi Afrikanı Azadlıq Günü münasibətilə təbrik edirik!”, – təbrik mətnində qeyd olunub.

Qeyd edək ki, CAR-ın aparteid rejiminin süqutu və yeni dövrün başlanğıcını simvolizə edən Azadlıq Günü CAR-da 27 aprel tarixində qeyd olunur. 1994-cü ilin bu günündə ilk dəfə ümumi seçkilər keçirilib və bütün vətəndaşlar, irqindən asılı olmayaraq, səs vermək hüququndan istifadə ediblər. Bayram Cənubi Afrikanın bərabərlik, insan hüquqları və sosial ədalət sahəsindəki nailiyyətlərini vurğulayır.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

12 Noyabr 2026