Bir sıra ölkələrin hökumət başçıları Baş nazir Əli Əsədovu Müstəqillik Günü münasibətilə təbrik edib.
Bu barədə Bakıvaxtı.az-a Nazirlər Kabinetinin mətbuat xidmətindən məlumat verilib.
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədova 28 May - Müstəqillik Günü münasibətilə Türkiyə Respublikasının vitse-prezidenti, Çin Xalq Respublikasının, Özbəkistan Respublikasının, Qazaxıstan Respublikasının, Belarus Respublikasının, Ukraynanın, Polşa Respublikasının, Çex Respublikasının, Slovakiya Respublikasının, Şimali Makedoniya Respublikasının, Əlcəzair Xalq Demokratik Respublikasının, Malayziyanın hökumət başçıları tərəfindən təbrik məktubları ünvanlanıb.