• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

"Liverpul" 20-ci dəfə İngiltərə çempionu oldu

İDMAN

27 Aprel 2025 | 21:29

Liverpul 20-ci dəfə İngiltərə çempionu oldu

İngiltərə Premyer Liqasının XXXIV turunda "Liverpul" ölkə çempionluğunu rəsmiləşdirib.

Bakıvaxtı.az xəbər verir ki, "Enfild"də “Tottenhem”i qəbul edən mersisaydlılar 5:1 hesabı ilə qalib gələrək sona 4 tur qalmış qızıl medalları təmin ediblər.

Meydan sahiblərinin qollarını Luis Dias (16), Aleksis Makallister (24), Kodi Qakpo (34), Məhəmməd Salah (63) və Destini Udodci (69-avtoqol) vurub. Qonaqların yeganə dəqiq zərbəsi isə Dominik Solankenin (12) aktivinə yazılıb.

Bu nəticənin ardından xallarının sayını 82-yə çatdıran Arne Slotun rəhbərlik etdiyi kollektiv 20-ci dəfə çempionluq tituluna yiyələnərək, "Mançester Yunayted"in uğurunu təkrarlayıb.


SON XƏBƏRLƏR

27 Aprel 2025
26 Aprel 2025