• Bakı 13° C

    15.25 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

İspaniya Kubokunu “Barselona” qazandı - VİDEO

İDMAN

27 Aprel 2025 | 08:18

İspaniya Kubokunu “Barselona” qazandı - VİDEO

Bu gün İspaniya Kral Kubokunun final matçı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, həlledici görüşdə “Barselona” “Real”la qarşılaşıb.

Matç Kataloniya təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Oyunda hesabı “Barselona”dan Pedri açıb. İkinci yarıda madridlilər ardıcıl iki qol vurublar. Öncə Kilian Mbappe, ardınca Orelyan Çuameni fərqlənib. Matçın sonlarında Ferran Torresin qolu ilə hesab bərabərləşib və oyunda əlavə vaxt oynanılıb.

116-cı dəqiqədə katalonların futbolçusu Kunde oyunda son nöqtəni qoyub. 

Bununla da, “Barselona” 32-ci dəfə İspaniya Kubokunun qalibi olub.


SON XƏBƏRLƏR

26 Aprel 2025