• Bakı 25° C

    0.26 m/s

  • USD - 1.7

    EUR - 1.9122

    RUB - 2.128

"Fənərbağça" məğlub oldu

İDMAN

26 May 2025 | 23:55

Fənərbağça məğlub oldu

Türkiyə Superliqasının 37-ci turu çərçivəsində "Hatayspor" doğma meydanda "Fənərbağça"nı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qarşılaşma ev sahiblərinin qələbəsi ilə yekunlaşıb - 4:2.

Görüşün 27-ci dəqiqəsində hesabı İstanbul təmsilçisindən Yusuf Ən-Nesri açsa da, sonradan "Fənərbağça" qapısında dörd qol görüb.

Əsas vaxta artırılmış dəqiqələrdə İrfan Can Kahveci qollardan birinin əvəzini çıxıb.

Qeyd edək ki, matçın 38-ci dəqiqəsində hakim "Fənərbağça"dan Mert Müldürə birbaşa qırmızı vərəqə göstərib.

O, cari mövsüm "Fənərbağça"nın heyətində birbaşa qırmızı vərəqə alan ilk futbolçu oldu.


SON XƏBƏRLƏR