• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Bələdiyyə 46 sənət əsərini zibilliyə atdı

MƏDƏNİYYƏT

27 Aprel 2025 | 22:32

Bələdiyyə 46 sənət əsərini zibilliyə atdı

Niderlandın Apeldorn şəhərinin bələdiyyəsi səhvən 46 sənət əsərini, o cümlədən amerikalı rəssam Endi Uorholun hazırladığı kraliça Beatriksin portretini zibilliyə atıb.

Bakıvaxtı.az xəbər verir ki, Uorhol 80-ci illərin ortalarında kraliçanın portretini ipək üzərində çəkib. Hazırda bu əsər ən azı 15 min avro dəyərində qiymətləndirilir.

Əsər bələdiyyə binasının təmir işləri zamanı zibilliyə atılıb.

Təmir işləri zamanı binanın zirzəmisində anbar yaradılıb və sənət əsərləri ora köçürülüb. Eksponatlar yüksək ehtimalla zirzəmidən zibillə birlikdə çıxarılıb.

İtirilən əsərlər ümumən ən azı 22 min avro dəyərində olub. Araşdırmaçıların fikrincə, onları tapmaq ehtimalı sıfıra yaxındır./oxu.az


SON XƏBƏRLƏR

27 Aprel 2025
26 Aprel 2025