• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

“Araz-Naxçıvan” autsayderlə oyunda xal itirdi

İDMAN

27 Aprel 2025 | 20:59

“Araz-Naxçıvan” autsayderlə oyunda xal itirdi

Futbol üzrə Misli Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan "Araz-Naxçıvan" "Səbail"in qonağı olub. "ASCO Arena"da oynanılan qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.

Matçda hesabı 30-cu dəqiqədə Naxçıvan təmsilçisinin heyətində Ülvi İsgəndərov açıb. "Dənizçilər"in qolunu isə 76-cı dəqiqədə Marko Nikoliç vurub.

Bu nəticədən sonra "Araz-Naxçıvan" 54 xalla 3-cü, "Səbail" isə 21 xalla sonuncu - 10-cu pillədə qərarlaşıb.

Günün son oyunu saat 20:00-da "Sabah" və "Qarabağ" komandaları arasında olacaq.

Qeyd edək ki, XXXII turun əvvəlki matçlarında "Turan Tovuz" öz meydanında "Şamaxı" ilə 1:1 hesablı heç-heçə edib, "Zirə" isə səfərdə "Kəpəz"ə qalib gəlib – 1:0. Tura aprelin 28-də keçiriləcək "Sumqayıt" - "Neftçi" görüşü ilə yekun vurulacaq.


SON XƏBƏRLƏR

27 Aprel 2025
26 Aprel 2025