• Bakı 13° C

    14.84 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

100 gün: Amerikalıların əksəriyyəti Trampı dəstəkləyir

DÜNYA

27 Aprel 2025 | 08:52

100 gün: Amerikalıların əksəriyyəti Trampı dəstəkləyir

Donald Trampın andiçmə mərasimindən sonrakı ilk 100 gündə ABŞ prezidenti kimi çıxışı amerikalıların əksəriyyəti tərəfindən dəstəklənib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “NORC” tədqiqat mərkəzinin “Associated Press” üçün keçirdiyi sorğuda göstərilib.

Araşdırma nəticəsində məlum olub ki, 10 amerikalıdan 7-si Trampın fəaliyyətini gözləntilərinə uyğun olaraq qiymətləndirib.

Lakin agentliyin qeyd etdiyi kimi, bu o demək deyil ki, amerikalıların əksəriyyəti prezidentin siyasətindən razıdır. Sorğu iştirakçılarının 44%-i Trampın fəaliyyətinin prioritet sahələrini səhv müəyyən etdiyinə inanır, 24%-i onun seçimi ilə razıdır, 62% isə ABŞ-nin Tramp dövründə yanlış istiqamətdə getdiyini düşünür.

Ümumilikdə hər 10 respondentdən 4-ü Trampın prezidentlik fəaliyyətini bəyənir. Sorğu aprelin 17-dən 21-dək aparılıb və 1200-dən çox amerikalı iştirak edib.


SON XƏBƏRLƏR

26 Aprel 2025