• Bakı 10° C

    16.22 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurublar

İDMAN

27 Aprel 2025 | 15:02

Cüdoçularımız Avropa çempionatını 5 medalla başa vurublar

Azərbaycan cüdoçuları Monteneqroda keçirilən böyüklər arasında Avropa çempionatını 5 medalla başa vurub.

Bakıvaxtı.az xəbər verir ki, yığma Podqoritsa şəhərində baş tutan qitə yarışında 1 gümüş və 4 bürünc medal əldə edib.

100 kq çəki dərəcəsində tatamiyə çıxan Zelim Kotsoyev gümüş medala yiyələnib. Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Zelim Tçkayev (-81 kq) və Murad Fətiyev (-90 kq) bürünc medal qazanıb.

Uşanqi Kokauri (+100 kq) turniri 5-ci, Turan Bayramov (-60 kq) isə 7-ci pillədə tamamlayıb. Yığma mötəbər turnirdə qarışıq komanda yarışında da iştirak edib.

Yekunda Azərbaycan medalların əyarına görə 47 ölkə arasında ümumi komanda hesabında 10-cu, kişilər arasında isə 5-cı yeri tutub.

Qeyd edək ki, Zelim Kotsoyevdən başqa bütün mükafatçılarımız karyeralarında ilk dəfə böyüklər arasında Avropa çempionatının medalçısı olublar. Azəbaycan cüdo tarixində ilk dəfə olaraq idmançılarımız qitə yarışında beş müxtəlif çəki dərəcəsində fəxri kürsüyə yüksəlib.

Ölkəmizi Avropa çempionatında 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edib.


SON XƏBƏRLƏR

27 Aprel 2025
26 Aprel 2025