• Bakı C

    14.7 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Rüdiger üzr istədi

İDMAN

27 Aprel 2025 | 22:47

Rüdiger üzr istədi

"Real"ın futbolçusu Antonio Rüdiger üzr istəyib. 

Bakıvaxtı.az xəbər verir ki, müdafiəçi öz sosial şəbəkələrində İspaniya kubokunun "Barselona" ilə ötən gecə keçirilən final matçında (2:3) hakimə hücum etməsi və referiyə kənar əşya atması ilə bağlı paylaşım edərək bildirib: 

"Mənim dünənki davranışıma görə bəhanə yoxdur. Buna və hakimə qarşı etdiklərimə görə üzr istəyirəm. Biz 2-ci hissədən sonra çox yaxşı oynadıq. 111-ci dəqiqədə isə əvəz olundum və artıq komandama kömək edə bilmirdim. Oyunun sonuna qədər isə səhv buraxdım". 

Qeyd edək ki, Antonio Rüdiger sözügedən hərəkətlərinə görə matçın 120+3-cü dəqiqəsində qırmızı vərəqə alıb və 4 oyundan 12 oyuna qədər cəzalandırıla bilər.


SON XƏBƏRLƏR

27 Aprel 2025
26 Aprel 2025