• Bakı 10° C

    16.22 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Bir nəfər imtahandan xaric edilib

CƏMİYYƏT

27 Aprel 2025 | 16:00

Bir nəfər imtahandan xaric edilib

Bu gün ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, 1 nəfərdə mobil telefon aşkar edildiyi üçün imtahandan xaric edilib və araşdırma aparılacaq.

Aprelin 28-dən etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.

İmtahanda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin yaxın 5 həftə ərzində elan olunması nəzərdə tutulur.

Qeyd edək ki, imtahan başa çatdıqdan sonra iştirakçılara sual kitabçalarını özləri ilə aparmağa icazə verilib.

İmtahanda istifadə edilmiş test tapşırıqlarının (qapalı və kodlaşdırıla bilən açıq tipli) düzgün cavabları sabah gün ərzində Dövlət İmtahan Mərkəzinin saytına yerləşdiriləcək.


SON XƏBƏRLƏR

27 Aprel 2025
26 Aprel 2025