• Bakı 12° C

    16.16 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

Tapılan qızlar sığınacağa yerləşdirildi

CƏMİYYƏT

27 Aprel 2025 | 11:00

Tapılan qızlar sığınacağa yerləşdirildi

Dünən gecə saatlarında Daxili İşlər Nazirliyi tərəfindən araşdırmalar nəticəsində tapılan 2 azyaşlı qız "Azərbaycan Uşaqları" İctimai Birliyinin Uşaq Sığınacağı-Reinteqrasiya Mərkəzinə yerləşdirilib.

Bu barədə Bakıvaxtı.az-a Birliyin mətbuat katibi Rüfət Zəkizadə məlumat verib.

"Azərbaycan Uşaqları" İctimai Birliyinin sədri Kəmalə Ağazadə  açıqlamasında bildirib ki, dünən  2 azyaşlını polis əməkdaşlarının iştirakı ilə təhlükəsizliyinin təmin edilməsi,hüquqlarının qorunması və reabilitasiya keçməsi məqsədi ilə qəbul etdik.

"Tərəfimizdən dərhal hər iki uşaq ilkin tibbi müayinələrdən keçirildi. Hal-hazırda vəziyyətləri orta stabildi,psixoloji gərginlikləri var",- deyə məlumatda qeyd olunub.


SON XƏBƏRLƏR

26 Aprel 2025