• Bakı 11° C

    14.39 m/s

  • USD - 1.7

    EUR - 1.9272

    RUB - 2.0463

İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verdi

SİYASƏT

27 Aprel 2025 | 16:57

İlham Əliyev Məsud Pezeşkiana başsağlığı verdi

Azərbaycan Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana başsağlığı verib.

Bakıvaxtı.az-ın xəbərinə görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident

    Bəndər Abbas şəhərindəki Şəhid Rəcai limanında baş vermiş partlayış nəticəsində insan tələfatı və çox sayda yaralı barədə xəbər bizi son dərəcə kədərləndirdi.

    Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İran xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

    Allah rəhmət eləsin!".


    SON XƏBƏRLƏR

    27 Aprel 2025
    26 Aprel 2025