• Bakı 23° C

    8.28 m/s

  • USD - 1.7

    EUR - 1.9353

    RUB - 2.0073

Hindistan-Pakistan sərhədində yenidən ATIŞMA

DÜNYA

27 Aprel 2025 | 14:26 | Müəllif: Subhan Mahmudov

Hindistan-Pakistan sərhədində yenidən ATIŞMA

Pakistan hərbçiləri şənbə günündən bazar gününə keçən gecə Hindistanın Cammu və Kəşmirdəki nəzarət xəttini atəşə tutub.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Hindistanın “Press Trust India” (PTI) agentliyi mənbələrə istinadən məlumat yayıb.

Qeyd olunub ki, sərhəddə atışma Tutmari Qali və Rampur rayonlarında qeydə alınıb. Mənbələrin bildirdiyinə görə, Hindistan ordusunun şəxsi heyəti atıcı silahlardan cavab verib.

Ölən və yaralananlar barədə məlumat verilmir.

PTI qeyd edib ki, Hindistan-Pakistan sərhədində atəşkəs razılaşması Cammu və Kəşmirdə Pahalqam terror aktından sonra üçüncü dəfədir ki pozulur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

24 Sentyabr 2026