• Bakı 17° C

    4 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

Misli Premyer Liqasında XXVIII turunda daha bir oyun keçirilib

İDMAN

29 Mart 2025 | 18:47

Misli Premyer Liqasında XXVIII turunda daha bir oyun keçirilib

Misli Premyer Liqasında XXVIII turunda daha bir oyun keçirilib.

Bakıvaxtı.az-ın məlumatına görə, günün ilk matçında "Neftçi" "Araz-Naxçıvan"ı qəbul edib.

Qarşılaşma heç-heçə yekunlaşıb - 1:1. 3-cü dəqiqədə Bassala Sambu meydan sahiblərini önə keçirib. 6-cı dəqiqədə İssuf Paro tarazlığı bərpa edib.

Bu nəticədən sonra xallarının sayını 48-ə.çatdıran Naxçıvan təmsilçisi üçüncü pillədəki mövqeyini qoruyub. "Neftçi" 32 xalla altıncı sıradadır.

Saat 19:00-da start götürəcək görüşdə "Sabah" "Sumqayıt"ın qonağı olacaq.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.


SON XƏBƏRLƏR

31 Mart 2025