• Bakı 16° C

    0.48 m/s

  • USD - 1.7

    EUR - 1.8582

    RUB - 2.0804

"Sumqayıt" - "Sabah" arasında heç-heçə oyun

İDMAN

29 Mart 2025 | 21:32

Sumqayıt - Sabah arasında heç-heçə oyun

Misli Premyer Liqasında XXVIII turun daha bir oyunu keçirilib.

Bakıvaxt.az-ın məlumatına görə, günün ikinci matçında "Sabah" "Sumqayıt"ın qonağı olub.

Qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.

Meydan sahiblərini heyətində 18-ci dəqiqədə Ronaldo Vaskez, 46-cı dəqiqədə Bobir Abdixolikov, 88-ci dəqiqədə Momo Yansane fərqlənib.

Qonaqların qollarını 6-cı və 71-ci dəqiqələrdə Umarali Raxmonaliyev, 77-ci dəqiqədə Tellur Mütəllimov vurub.

Bu nəticədən sonra xallarının sayını 36-ya çatdıran "Sabah" beşinci pillədə qərarlaşıb. 29 xalı olan "Sumqayıt" yeddinci sıradadır.

Günün ilk matçında "Neftçi" evdə "Araz-Naxçıvan"la heç-heçə edib - 1:1.

Qeyd edək ki, ötən gün "Qarabağ" səfərdə "Turan Tovuz"u 4:1 hesabı ilə üstələyib. Tura martın 30-da yekun vurulacaq.


SON XƏBƏRLƏR

31 Mart 2025