• Bakı C

    4.36 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

Xankəndi, Xocalı, Xocavənd və Ağdarə şəhərlərinin baş planları hazırlanır

CƏMİYYƏT

28 Fevral 2025 | 21:14

Xankəndi, Xocalı, Xocavənd və Ağdarə şəhərlərinin baş planları hazırlanır

Hazırda Xankəndi, Xocalı, Xocavənd və Ağdarə şəhərlərinin baş planlarının üzərində iş aktiv şəkildə davam etdirilir.  

Bakıvaxtı.az xəbər verir ki, bunu Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev “Təməl” mükafatının təltifetmə mərasimində deyib.

Onun sözlərinə görə, ötən il azad edilmiş ərazilərin Baş Planı hazırlanıb və təqdim edilib:

"Bu il biz bu işi davam etdirəcəyik. Qarabağda və Şərqi Zəngəzurda demək olar, bütün  Baş planlar hazırlanıb, əksəriyyəti rəsmi şəkildə təsdiqlənib. Kiçik bir hissəsinin üzərində dəqiqləşdirmə işləri aparılır. Aidiyyəti dövlət qurumları ilə razılaşdırma prosesi başa çatmaq üzrədir".

A.Quliyev xatırladıb ki, Bakının Baş Planı artıq təsdiq edilib və reallaşdırılmağa başlanılıb./report


SON XƏBƏRLƏR

28 Fevral 2025