• Bakı 12° C

    6.5 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

Yollarda hərəkət çətinləşib - Sürət həddi endirildi

CƏMİYYƏT

28 Fevral 2025 | 20:54 | Müəllif: Subhan Mahmudov

Yollarda hərəkət çətinləşib - Sürət həddi endirildi

Qarlı hava şəraiti səbəbindən hazırda paytaxtın 10-a yaxın küçə və prospektində nəqliyyat sıxlığı müşahidə olunur.

Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Bakıvaxtı.az-a bildirilib ki, xüsusilə də nəqliyyatın intensiv olduğu yollarda hərəkət çətinləşib.

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin əməkdaşları və yol polisi naryadları yollardakı vəziyyəti nəzarətdə saxlayır, sürücülərin təhlükəsizliyini təmin etmək üçün tədbirlər görülür. Bu məqsədlə Zığ şosesi-Hava Limanı yolunda sürət həddi 20/km saat endirilib. Məlumat-sürət tablolarında “buzlu yol” işarəsi qoyulub.

Digər yollarda da sürət həddinin endirilməsi istisna edilmir. Sürücülərdən ara məsafəsi saxlamaları, yüksək sürətlə hərəkət etməmələri tövsiyə olunur.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

21 Noyabr 2026