Ağcabədi rayonunda baş vermiş zəncirvari qəzada beş nəfər bədənin müxtəlif dərəcəli xəsarətləri ilə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Bakıvaxtı.az-ın verdiyi xəbərə görə, hadisədə yaralananların kimliyi aşağıdakı kimidir:
1. Nəsirov Xəyal Asif oğlu, 1992-ci il təvəllüdlü.
2. Yusifli Tural İdris oğlu, 1992-ci il təvəllüdlü.
3. Umudzadə Akşin Elsevər oğlu, 1996-cı il təvəllüdlü.
4. Nurlan Qurbanov, 2000-ci il təvəllüdlü.
5. Əli Alişanov, 2000-ci il təvəllüdlü.
Qeyd edək ki, hadisə nəticəsində 5 nəfərin həkiməqədər ölüm faktı qeydə alınmışdı.
Ağcabədi rayonunda baş vermiş zəncirvari yol-nəqliyyat hadisəsində ölənlərin kimliyi bəlli olub.
Bu barədə “Report”un Qarabağ bürosu xəbər verir.
Məlumata görə, qəza nəticəsində keçinənlər 1990-cı il təvəlldlü Hüsiyev Vüsal Məmməd oğlu, 1991-ci il təvəllüdlü Əmrahov Sənan Aqil oğlu, 1992-ci il təvəllüdlü Aslanov Azər Fəyyaz oğlu, 2007-ci il təvəllüdlü Ələsgərov Asiman Yaşar oğlu və 2002-ci il təvəllüdlü Aslanlı Elbəy Mövsüm oğludur./report
20:38
Ağcabədidə zəncirvari qəza olub.
Bakıvaxtı.az trend-ə istinadən xəbər verir ki, hadisə rayonun Xocavənd kəndi ərazisində qeydə alınıb.
Belə ki, "Mercedes", "Hyundai" və "VAZ" markalı avtomobilin iştirakı ilə baş verən qəzada "VAZ”da olan sürücü və dörd nəfər sərnişin hadisə yerində ölüb.
Hazırda Ağcabədi Rayon Təcili Yardım Stansiyasının əməkdaşları hadisə yerində ölən və yaralıların aidiyyəti üzrə təhvil verilməsi üçün əraziyə cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.