Dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 112 minə çatdırılıb
Bakıvaxtı.az xəbər verir ki, bunu Təhsil işçilərinin sentyabr konfransında çıxış edən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov bildirib.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov deyib.
O bildirib ki, məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsi istiqamətində mövcud dövlət bağçalarının imkanlarından daha səmərəli istifadə olunur.
Eşqi Bağırovun sözlərinə görə, tələbat olan ərazilərdə yeni qrupların yaradılması, müəssisələrin təmiri və təchizatı hesabına dövlət məktəbəqədər təhsil müəssisələrində yerlərin sayı 106 mindən 112 minə çatdırılıb.
Murad İsmayıl
















