• Bakı 18° C

    6.48 m/s

Qazaxıstanın "Eurovision 2027"də iştirakı rədd edildi

ŞOU

11 Sentyabr 2026 | 10:12 | Müəllif: Əli Hüseynov

Qazaxıstanın "Eurovision 2027"də iştirakı rədd edildi

Qazaxıstanın "Eurovision 2027"də iştirakı Avropa Yayım Birliyi (AYB) tərəfindən rədd edilib.

Bakıvaxtı.az xəbər verir ki, Qazaxıstan 2027-ci ildə "Eurovision"da iştirakı üçün müraciət edib. 

Avropa Yayım Birliyi (AYB) Qazaxıstanın mövcud meyarlara cavab vermədiyini bildirib. Tam üzvlük Beynəlxalq Telekommunikasiya İttifaqının Avropa Yayım Bölgəsinə daxil olan ölkələrdən və ya Avropa Şurasına üzv dövlətlərdən olan yayımçılar üçün mövcuddur.

2026-cı ilin iyun ayında EBU-nun nizamnaməsində edilən dəyişiklikdən sonra başqa bir seçim ortaya çıxıb. Avropa Yayım Bölgəsindən kənar ölkələrin yayımçıları, əgər bu ölkələr Avropa Şurasında rəsmi müşahidəçi statusuna malikdirlərsə və digər birlik tələblərinə cavab verirlərsə, tam üzvlük üçün müraciət edə bilərlər.

Qeyd olunur ki, Qazaxıstan bu meyarların heç birinə cavab vermir.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

19 Oktyabr 2026