• Bakı C

    2.66 m/s

  • USD - 1.7

    EUR - 1.7658

    RUB - 1.9384

İlham ƏIiyev Xuan Laportanı qəbul edib - FOTOLAR

SİYASƏT

01 Mart 2025 | 11:04

İlham ƏIiyev Xuan Laportanı qəbul edib - FOTOLAR

Azərbaycan Prezidenti İlham ƏIiyev martın 1-də “Barselona” Futbol Klubunun prezidenti Xuan Laportanı qəbul edib.

Bakıvaxtı.az xəbər verir ki, qəbula görə dövlət başçısına minnətdarlığını bildirən Xuan Laporta Azərbaycana ilk dəfə COP29 zamanı səfər etdiyini xatırlayaraq, Bakıdakı inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını dedi, burada əməkdaşlıq üçün böyük potensial gördüyünü və məhz buna görə də qısa müddət ərzində ölkəmizə ikinci dəfə gəldiyini vurğuladı.

Söhbət zamanı Azərbaycanda idman sahəsinə, o cümlədən futbolun inkişafına göstərilən dövlət qayğısına toxunuldu, ölkəmizdə nüfuzlu beynəlxalq idman yarışlarının, həmçinin dünya səviyyəli futbol oyunlarının ən yüksək standartlara uyğun təşkil edildiyi qeyd olundu.

Görüşdə Azərbaycanda “Barselona” futbol akademiyasının yaradılması ilə bağlı sənədin imzalanacağı bildirildi, akademiyanın gələcək fəaliyyətinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı, ölkəmizdə uşaq futbolunun inkişafı sahəsində əməkdaşlıq məsələləri müzakirə olundu.

Xuan Laporta Azərbaycan Prezidentinə xatirə hədiyyəsi təqdim etdi.


SON XƏBƏRLƏR

28 Fevral 2025